Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10.7% artaraq 245.8 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19.7% artaraq 84.2 milyon ABŞ dolları olub.
Hesabat dövründə aqrar məhsulların ixracının dəyəri 10.4% artaraq 64.8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 44.3% artaraq 22.2 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17.5% artaraq 87.1 milyon ABŞ dolları təşkil edib.
İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 2.8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 34.9%, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39.2%, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri isə 52.4% artıb.
Bizim.Media
![Azərbaycanın qeyri-neft-qaz ixracı ARTDI Azərbaycanın qeyri-neft-qaz ixracı ARTDI](https://bizim.media/file/articles/2025/02/11/1739262475_5285536919855425377.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:23 / 11.02.2025
Azərbaycanın qeyri-neft-qaz ixracı ARTDI
Hazırda oxunan: Azərbaycanın qeyri-neft-qaz ixracı ARTDI
Hazırda oxunan: Azərbaycanın qeyri-neft-qaz ixracı ARTDI
234205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.