Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ

Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ

Hazırda oxunan: Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ

234161

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir. 

İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub.
 

Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş.


Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO