Kişi bir il əvvəl boşadığı arvadını BIÇAQLADI

Kişi bir il əvvəl boşadığı arvadını BIÇAQLADI

Hazırda oxunan: Kişi bir il əvvəl boşadığı arvadını BIÇAQLADI

234121

Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə. Atakişiyev bir il əvvəl boşandığı, 270 saylı məktəbdə texniki işçi kimi çalışan G. Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
 

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiriləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Atakişiyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


270 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, məktəbin xanım texnki işçisi xilas olmaq üçün məktəbin həyətinə daxil olub:

"Orada ona ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO