Öskürək boğaz və yuxarı tənəffüs yollarının mikroblara, infeksiyalara, qıcıqlanmalara və yad maddələrə reaksiyası nəticəsində yaşanan bir problemdir. Öskürəyə səbəb olan bəlğəmi yumşaltmaq və ya boğaz quruluğunu aradan qaldırmaq üçün bol su, zəncəfil, nanə, limon dəmləməsini ilıq halda içmək faydalıdır. Lakin öskürək uzun müddət davam edərsə, buna hər hansı infeksiya və ya virusun səbəb ola biləcəyini nəzərə almaq lazımdır. Bu halda öskürək əleyhinə dərmanlar və ya antibiotiklər təyin edilməlidir.
Bizim.Media pravda.az-a istinadədən öskürəyə yaxşı təsir edən üsulları təqdim edir:
Öskürəyə nə yaxşı təsir edir?
Öskürəyi dayandırmağın ən yaxşı yolu mütəmadi olaraq su içmək, 1-2 çay qaşığı bal yeyərək bəlğəmin əmələ gəlməsini azaltmaq, bitki çayları qəbul etmək, isti duş almaq və duzlu su ilə qarqara etməkdir.
İsti bitki çayları içmək
Sudan başqa nanə, zəncəfil, sarıkök kimi isti bitki çayları da boğazı yumşaldır və öskürəyi dayandırır. Sadaladıqlarımız antioksidant xüsusiyyəti ilə boğazdakı iltihaba da kömək edə bilər. Zəncəfil, sarıkök və kəklikotu çayı iltihab əleyhinə xüsusiyyətlərə malik olduğundan öskürək, boğaz ağrısı, bronxit və həzm problemləri zamanı geniş istifadə olunur.
Duzlu su ilə qarqara
İlıq duzlu su ilə qarqara boğazda öskürəyə səbəb olan qaşınmanı dayandırır və bəlğəmin qopmasını asanlaşdırır. Bundan əlavə, burunu duzlu su ilə yumaq qıcıqlandırıcı maddələrin azalmasına və burundakı seliyin təmizlənməsinə səbəb olaraq iltihabı azalda bilər.
İsti su buxarını nəfəsə çəkmək
Tənəffüs yollarını nəm saxlamaq öskürəyi aradan qaldırmağın başqa yoludur. İsti suya nanə və ya rozmarin kimi efir yağlarını əlavə etdikdən sonra qabın üzərinə əyilərək başınıza dəsmal yerləşdirərək isti buxarını təxminən 10-15 dəqiqə nəfəsinizə çəkin. Bu, burun, boğaz və ağciyər kanallarını nəmləndirməyə kömək edir.
Bal və limon yemək
Bal təsirli öskürək sakitləşdiricidir. Balı 1-2 çay qaşığı ilıq limonlu suya və ya bitki çaylarına qarışdırıb içmək öskürəyi dayandırmağa kömək edəcək.
Bol su içmək
Öskürəyi aradan qaldırmaqda çox təsirli olan su boğazı nəmləndirir və boğazda olan bəlğəmi yumşaldaraq onun xaric edilməsini asanlaşdırır. Bu vasitə ilə öskürəyə səbəb olan quruluq aradan qaldırılacaq.
Probiyotiklərin istehlakı
Tərkibində probiyotik olan qidaları qəbul etməklə immun sisteminizi gücləndirə və öskürəyi aradan qaldıra bilərsiniz. Tərkibində probiyotik olan qidalara qatıq, kefir və kələm turşusu kimi qidalar daxildir.
İstirahət etmək
İstirahət orqanizmin infeksiyalarla mübarizə aparmasına kömək edir. Öskürəyin səbəbi soyuqdəymə və ya infeksiyadırsa, istirahət edərək bədəninizin tez bir zamanda sağlamlığına qovuşmasına kömək edə bilərsiz.
Bizim.Media
![Öskürəkdən əziyyət çəkənlərin DİQQƏTİNƏ Öskürəkdən əziyyət çəkənlərin DİQQƏTİNƏ](https://bizim.media/file/articles/2025/02/10/1739164824_5280674982516616078.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:21 / 10.02.2025
Öskürəkdən əziyyət çəkənlərin DİQQƏTİNƏ
Hazırda oxunan: Öskürəkdən əziyyət çəkənlərin DİQQƏTİNƏ
Hazırda oxunan: Öskürəkdən əziyyət çəkənlərin DİQQƏTİNƏ
234019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.