Professor Niyazi Mehdinin SON DURUMU

Professor Niyazi Mehdinin SON DURUMU

Hazırda oxunan: Professor Niyazi Mehdinin SON DURUMU

233980

Mərkəzi Gömrük Hospitalında müalicə olunan tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə teleqraf-a onun yaxınları məlumat verib.
 

Bildirilib ki, N.Mehdi ötən gün evə köçürülüb. Hazırda onun durumu ağır olaraq qalır. Alimin ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.


"Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb.

Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO