Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.
Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib.
Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.
Bizim.Media