Bu içki qanda şəkəri aşağı salır

Bu içki qanda şəkəri aşağı salır

Hazırda oxunan: Bu içki qanda şəkəri aşağı salır

233932

Rusiyada şəkər xəstələri yeni içkini şəkəri salmaq üçün istifadə etməyə başlayıblar. Ruslar buna "çay göbələyi" deyirlər.

Bizim.Media medicina.az saytına istinadən xəbər verir ki, kombuçanın tərkibində bağırsaq sağlamlığını yaxşılaşdıran laktik turşu bakteriyaları, həmçinin sirkə turşusu bakteriyaları var.

Sonuncu qlükoza mübadiləsinə təsir göstərə bilər. Eyni zamanda, mütəxəssislər şəkərsiz içki variantlarını seçməyi məsləhət görürlər.

Tədqiqatda 2-ci tip diabetli 12 könüllü 4 həftə ərzində kombuça içib. Nəticə qanda qlükoza səviyyəsinin azalmasını göstərib. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu kəşfi təsdiqləmək üçün daha böyük tədqiqatlara ehtiyac var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO