İTV-nin canlı yayımına haker hücumu oldu - FOTO

İTV-nin canlı yayımına haker hücumu oldu - FOTO

Hazırda oxunan: İTV-nin canlı yayımına haker hücumu oldu - FOTO

233899

İctimai Televiziyanın (İTV) rəsmi saytına və canlı yayımına haker hücumu olub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında məlumat yayıb.

“Görünür ki, İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub.

Bu anlarda İTV-nin rəsmi saytına (itv.az) daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib.

Düşünmək olar ki, sayta kiber hücum olub. Maraqlıdır ki, İTV canlı yayımını da öz saytı üzərindən aparırdı. Bu baxımdan hazırda sayt üzərindən canlı yayım da yoxdur.

Büdcədən maliyyələşən və dövlətin rəsmi informasiya resurslarından biri olan bu kanalın belə bir hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunu göstərir.

Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.

İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.

Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil”, - O. Gündüz qeyd edib.

O bildirib ki, iki gün öncə kibertəhlükəsizliklə bağlı , bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur: “Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır .


Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.

Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi.

Daha narahatedici məqam isə canlı yayımın təhlükəsizlik məsələsidir, yayıma kənar müdaxilə riskidir.

İndi təsəvvür edin ki Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.
İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı , kiber audit təşkil etdirməlidir.

Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO