Heç kimə sirr deyil ki, hündürdaban ayaqqabılar bir çox qadının əvəzedilməzidir. Ancaq davamlı olaraq hündürdaban ayaqqabıda gəzmək sağlamlığa olduqca zərər verir.
Bizim.Media xəbər verir ki, ortoped-travmatoloq Artur Tudge, hündürdaban ayaqqabılardan mütəmadi istifadə zamanı ayaqlarda baş verən fəsadlar barədə araşdırma aparıb.
Mütəxəssiz qeyd edib ki, dikdaban ayaqqabıların istifadəsi zamanı bədəndə ağırlıq mərkəzi dəyişir. Ayaqlarda artan bu ağırlıq səbəbiylə dəri qalınlaşmağa başlayır, bu da ayaqlarda kallusların meydana gəlməsinə səbəb olur. Tezliklə kalluslar hətta rahat ayaqqabılarla gəzərkən belə narahatlıq yaradır.
Dikdabanların tez-tez və uzun müddət geyinilməsi ayağın ön hissəsində qıcolmalara səbəb ola bilər. Xroniki yorğun əzələlər sıxılmağa başlayır, bu da barmaqların deformasiyasına səbəb olur.
Həmçinin xeyli saat dikdabanlarda qalmaq ayaqlarda “padaqra” adlandırdığımız sümük çıxıntısı yaradır. Bu problem ayaq pəncəsinin daha da genişlənməsinə gətirib çıxarır və sümüklər aralanmağa başlayır.
Qadın hündürdaban ayaqqabı geyindikdə ayağın daban hissəsi qalxır, topuq hissə isə aşağı düşür. Beləcə “Axilles vətəri” adlanan baldır əzələsindəki gərginlik dəyişir. Çox uzun müddət dikdaban geyinən qadınlarda düz səthdə dayanmaq çətin olur, bu isə qeyri-ixtiyari olaraq “Axilles vətəri”də qısalma ilə əlaqədardır.
Həmçinin uzun müddət hündürdaban ayaqqabı geyindikdə fəqərəarası disklərdə gərginlik artır, bunun əlamətləri bel ağrısı, daha sonra isə onurğada yırtıq və ya çıxıntılar olur.
Mütəxəssiz bildirib ki, dikdaban ayaqqabıların istifadə müddəti qadınların boy, bədən çəkisi, ayaq ölçüsü, eləcə də fiziki hazırlıq səviyyəsindən və hətta barmaqların quruluşundan asılıdır.
Ortopedlər 1-2 sm daban hündürlüyü olan ayaqqabılardan istifadə etməyi məsləhət görürlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:55 / 08.02.2025
Qadınların əvəzolunmazı DİKDABANLAR: Onlardan istifadə bu fəsadlara səbəb olur
Hazırda oxunan: Qadınların əvəzolunmazı DİKDABANLAR: Onlardan istifadə bu fəsadlara səbəb olur
Hazırda oxunan: Qadınların əvəzolunmazı DİKDABANLAR: Onlardan istifadə bu fəsadlara səbəb olur
233875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.