Zəiflik və yorğunluq təkcə yuxusuzluğun və ya stressin deyil, həm də pəhriz vərdişlərinin nəticəsi ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə terapevt, qastroenteroloq Sergey Lopatin məlumat verib.
Mütəxəssis daha gümrah olmaq üçün insanlara yağlı qidaların istehlakını minimuma endirməyi tövsiyə edib çünki enerjinin çox hissəsi həzmə və mədə-bağırsaq traktının işini dəstəkləməyə sərf olunur.
Həkim bildirib ki, bu səbəbdən, insan özünü gün boyu yuxulu və yorğun hiss edir: "Bu, xüsusilə fast food, yarımfabrikatlar və yüksək işlənmiş məhsullara şamil olunur: kolbasa, sosis, pizza, külçələr, çox miqdarda trans yağlar, konservantlarla zəngin qidalar, ləzzət artırıcıları və s. Bu qidalar həzm sisteminə yükü artırır və orqanizm həmin qidaları həzm etmək üçün daha çox enerji tələb edir".
Xroniki yorğunluq hissinə gəlincə, burada gündəlik qəhvə normasının aşılması da səbəb kimi görtərilir. Mütəxəssisin fikrincə, kofein orqanizmi əlavə enerji ilə təmin etmir, o, yalnız adenozin reseptorlarını bloklamaqla yorğunluğu maskalayır: “Nəticədə insan özünü gümrah hiss edir. Lakin kofeinin təsiri sona çatdıqda, enerjinizdə ani bir azalma hiss olunmağa başlayır. Gündə bir neçə stəkan qəhvə çox zərərli olmasa da, müntəzəm olaraq orqanizmi kofeinlə yükləmək, getdikcə ondan asılılığa gətirib çıxaracaq, eyni zamanda fiziki yorğunluq və halsızlığa səbəb olacaq".
Enerji itkisinə çox miqdarda sürətli karbohidratlar və şəkərli qidalar da səbəb olur. Buraya un məhsulları, şokoladlar, tortlar və ya şirin və qazlı içkilər daxildir.
Bir qayda olaraq, stress zamanı insanlar özünü daha yaxşı hiss etmək üçün adətən şirniyyatlara müraciət edir. Əslində, hər şey əksinə olur. Belə ki, şəkər qəbulu qan hüceyrələrində kəskin sıçrayışa səbəb olur, bundan sonra bədən qısa müddətli enerji artımını yaşayır, lakin 30 dəqiqədən sonra qlükoza səviyyəsi aşağı düşür və yorğunluq hissi geri qayıdır.
Odur ki, günə daha gümrah başlamaq və gün boyu enerjili olmaq üçün yuxarıda sadalanan qidalardan uzaq durmaq, qəhvə miqdarını isə azaltmaq lazımdır.
Bizim.Media
![Gümrah olmaq üçün içilən qəhvə həm də xroniki yorğunluğa SƏBƏB OLURMUŞ Gümrah olmaq üçün içilən qəhvə həm də xroniki yorğunluğa SƏBƏB OLURMUŞ](https://bizim.media/file/articles/2025/02/08/1739022822_5276248829739527212.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:47 / 08.02.2025
Gümrah olmaq üçün içilən qəhvə həm də xroniki yorğunluğa SƏBƏB OLURMUŞ
Hazırda oxunan: Gümrah olmaq üçün içilən qəhvə həm də xroniki yorğunluğa SƏBƏB OLURMUŞ
Hazırda oxunan: Gümrah olmaq üçün içilən qəhvə həm də xroniki yorğunluğa SƏBƏB OLURMUŞ
233855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.