Baş DYP İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bizim.Media quruma istinadən bu barədə xəbər verir.
Məlumatda qeyd olunub ki, xəbərdarlıq edildiyi kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür:
“Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur.
Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 08.02.2025
Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
233820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.