“Space”də kadr islahatları - ATV-nin eks direktoru yüksək posta gətirilir - ÖZƏL

“Space”də kadr islahatları - ATV-nin eks direktoru yüksək posta gətirilir - ÖZƏL

Hazırda oxunan: “Space”də kadr islahatları - ATV-nin eks direktoru yüksək posta gətirilir - ÖZƏL

23380

Ötən gün “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bldirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Lider bağlanır”, “Space”in əməkdaşlarına isə maaş paylanılır - ÖZƏL


Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Space” telekanalına rəhbər təyin olub.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO