Şuşanın azad olunması bütün dünyada coşqu ilə qeyd olundu - FOTOLAR

Şuşanın azad olunması bütün dünyada coşqu ilə qeyd olundu - FOTOLAR

Hazırda oxunan: Şuşanın azad olunması bütün dünyada coşqu ilə qeyd olundu - FOTOLAR

2338

Azərbaycanın qədim mədəniyyət mərkəzi, Qafqazın incisi olan Şuşanın azad olunması dünyanın bir çox ölkələrində çoşğu ilə qarşılandı.

Qardaş Türkiyənin paytaxtı Ankarada dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Türkiyədəki Azərbaycan Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.

İstanbulda da sakinlər avtomobilləri üzərində Türkiyə və Azərbaycan bayraqları ilə küçələrdə hərəkət ediblər.

ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib. Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə yürüş edərək ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar.

Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.

Polşa paytaxtında da qələbəmiz bayram edilib. Şuşa şəhərinin azad edilməsi münasibətilə atəşfəşanlıq təşkil edilib. 

Şuşanın azadlığı Böyük Britaniyada yaşayan azərbaycanlıların da böyük sevinc və fərəh hissləri keçirməsinə səbəb olub. Xəbəri eşidən kimi Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının üzvləri bayraqlarımızla bəzədilmiş avtomobillərlə London küçələrində yürüş edib, sonda Azərbaycanın Britaniyadakı səfirliyi ətrafına toplaşaraq “Qarabağ Azərbaycandır”, “Şuşa Azərbaycandır” şüarları səsləndiriblər.

Almaniyada yaşayan azərbaycanlılar paytaxt Berlində Şuşa şəhərinin işğaldan azad olunmasını qeyd ediblər. 

Aksiyada Azərbaycan bayraqları qaldırılıb və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ölkəmizin Moskvadakı səfirliyinin önünə toplaşıblar. Əllərində Azərbaycan bayraqları ilə Rusiyalı həmvətənlərimiz Şuşanın işğalından azad olunmasını qeyd ediblər.

Cənublu soydaşlarımız da Şuşanın işğaldan azad olunması xəbərini böyük coşqu və sevinclə qarşılayıblar.

Urmiya və Təbriz şəhərlərinin küçələrində insanlara şirniyyat, şərbət paylayaraq sevinclərini bölüşüblər.

Qonşu Gürcüstanda da Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları asılmış avtomobillərlə yürüş təşkil olunub. 

Əllərində bayraqlar tutmuş sakinlər “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan Prezidenti!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan-Gürcüstan-Türkiyə qardaşlığı əbədidir!” şüarlarını səsləndiriblər.

Qardabani rayonunun Qaracalar kəndində böyük bayram süfrəsi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO