Yumurtanın FAYDALARI: Ürək-damar xəstəliklərində…

Yumurtanın FAYDALARI: Ürək-damar xəstəliklərində…

Hazırda oxunan: Yumurtanın FAYDALARI: Ürək-damar xəstəliklərində…

233764

Yumurtanın sağlamlığa faydaları və zərərləri ilə bağlı mübahisələr uzun illərdir ki, davam edir. Lakin müntəzəm olaraq yumurta yemək ürək xəstəlikləri səbəbindən ölüm riskini azaldır.

Bizim.Media xəbər verir ki, bu qənaətə Monaş Universitetinin avstraliyalı alimləri aparılan araşdırmalardan sonra gəliblər.

“New Atlas”da dərc olunan materialın müəlliflərinin fikrincə, yumurta hətta yüksək xolesterol səviyyəsi olan insanlara da olduqca faydalıdır.

Belə ki, quş yumurtası bir tərəfdən zülal, vitamin və fol turşusu da daxil olmaqla faydalı maddələrlə zəngindir, digər tərəfdən ürək və qan damarlarına zərərli olan çoxlu xolesterin ehtiva edir.

Tədqiqatçılar Avstraliya və Amerikada yaşı 70-dən yuxarı olan 9000-ə yaxın insanın məlumatları əsasında yumurta istehlakı ilə ölüm nisbəti arasındakı əlaqəni təhlil ediblər. Müşahidə altı il davam edib.

Məlum olub ki, həftədə 1-6 ədəd yumurta yeyənlərin ürək xəstəliyindən ölmə ehtimalı bu məhsulu çox nadir və ya heç yeməyənlərə nisbətən demək olar ki, 30%, digər xəstəliklərdən isə 17% azdır.

Bundan əlavə, balanslaşdırılmış pəhrizə riayət edən və həftəlik yumurta istehlak edən şəxslərin ürək-damar xəstəliyindən ölüm riski demək olar ki, heç yeməyənlərlə müqayisədə 33% daha az olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO