Güclü külək səbəbindən paytaxtın mərkəzində yerləşən məlumatverici lövhə aşıb.
Bizim.Media-nın əməkdaşı xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 53 ünvanında baş verib.
Yol kənarında hündürlükdə yerləşən lövhə yolda hərəkət edən 61 saylı avtobusun kənarına aşıb. Aşmış lövhə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Hərəkət müvəqqəti dayanıb və avtobusun yan hissəsinə ilişib qalan lövhə yaxınlıqda olan şəxslərin köməyilə götürülüb.
Bundan sonra sərnişin avtobusu yoluna davam edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bizim.Media
![Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı - FOTO/VİDEO Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı - FOTO/VİDEO](https://bizim.media/file/articles/2025/02/07/1738939508_5274051116449000599.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:43 / 07.02.2025
Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı - FOTO/VİDEO
Hazırda oxunan: Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı - FOTO/VİDEO
Hazırda oxunan: Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı - FOTO/VİDEO
233742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.