Rus bölmələrində Ədəbiyyat fənninin Azərbaycan dilində tədrisi NƏYİ DƏYİŞƏCƏK?

Rus bölmələrində Ədəbiyyat fənninin Azərbaycan dilində tədrisi NƏYİ DƏYİŞƏCƏK?

Hazırda oxunan: Rus bölmələrində Ədəbiyyat fənninin Azərbaycan dilində tədrisi NƏYİ DƏYİŞƏCƏK?

233735

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da media üçün üçün keçirilən brifinq zamanı rus bölməsində ədəbiyyat fənninin də Azərbaycan dilində keçiriləcəyini bildirdi.

“Müasir, müstəqil dövrümüzdə Azərbaycan vətəndaşları öz dillərini yaxşı bilməlidirlər", - nazir deyib.

Lakin məktəblərin rus bölməsində tədris olunan Azərbaycan tarixindən sonra ədəbiyyat fənninin də ana dilində keçiriləcəyi müzakirələrə səbəb oldu.

Maraqlıdır, rus bölməsində Ədəbiyyat fənninin Azərbaycan dilində tədrisi hansı töhfələri verəcək?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Adil Vəliyev Bizim.Media- ya danışıb. O, bildirib ki, fənnin Azərbaycanca tədris edilməsi özündə bir çox amilləri əhatə edəcək.
 

"Rus bölmələrində təhsil alan şagirdlərin Azərbaycan dilində danışarkən çətinlik çəkdiklərini görürük. Ən əsası Azərbaycan dilinin qorunması və inkişafına böyük töhfə verəcək. Bu, eyni zamanda şagirdlərin dil biliklərini də gücləndirəcək. Məlumdur ki, ədəbiyyat dərsliklərində milli mədəniyyətimizə aid olan görkəmli yazarlar və şairlərimizin məqalələri və şeirləri dərc olunur. Bu baxımdan onların öz dilimizdə tədris olunması daha doğru hesab edilir. Çünki məktəblilər bununla ədəbi və tarixi əlaqələri daha yaxşı başa düşəcəklər.


Hesab edirəm ki, Azərbaycanda təhsil alan hər bir şagird öz dilini yaxşı səviyyədə bilməlidir”,- deyə ekspert vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO