Deputatlara 3 qat məzuniyyət pulu verilib – HARA GEDƏCƏKLƏR? 

Deputatlara 3 qat məzuniyyət pulu verilib – HARA GEDƏCƏKLƏR? 

Hazırda oxunan: Deputatlara 3 qat məzuniyyət pulu verilib – HARA GEDƏCƏKLƏR? 

23373

Milli Məclis yaz sessiyasını başa vurub, bir-iki xırda-para iclaslarını da keçirib üzvlərini məzuniyyətə yola salacaq.

Millət vəkilləri məzuniyyəti səmərəli keçirsinlər deyə, onlara yay tətili üçün rəsmi maaşlarından əlavə, qanunla 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu verilir.

Sıravi deputatlarda bu məbləğ 5190 manat, parlament sədrində 7413 manat, birinci müavində 7 041 manat , müavində 6672 manat , komitə sədrlərində 5 931 manat civarında edir. 

Əgər hesab aparsaq görərik ki, pandemiyadan əvvəl iki həftəlik xaricdə istirahət turunun məbləği 1500 manata qədər idi. Təkbaşına bir aylıq istirahət üçün o zaman 3 min manat minimal xərc sayılırdı. İndiki dövürdə kəskin bahalaşmanı və yol şərtlərini də nəzərə alsaq bu qiymət iki dəfə qalxıb. Üstəgəl koronavirus testi, COVİD pasportu və başqa əngəllər. Bu minvalla verilən məzuniyyət pulu xaricdə istirahət üçün yaramır, əgər hörmətli millət vəkillərinin bu pula ehtiyacı varsa. 

Ona görə də deputatlara istirahətlə bağlı bu cür detallı suallar verdikdə, bu haqda danışmağa maraqlı olmadıqlarını bildirdilər. Bəziləri isə “istirahət üçün ən yaxşı yer elə öz ölkəmizdir” söylədilər. 

Deputat Razi Nurullayev bildirdi ki, hazırda milli məclisin yaz sessiyasının başa çatmasına baxmayaraq, növbədənkənar iclasların davam edəcəyi gözlənilir.

“Ona görə də istirahət üçün fürsətim yoxdur. Ən azından bir ay müddətində növbədənkənar iclaslar davam edə bilər. Bu səbəbdən də istirahət etmək barəsində heç düşünməmişəm, düzünü desəm buna heç vaxtım da olmayıb”.

Fəzail Ağamalı isə ancaq Azərbaycanda dincəlmək imkanı olduğunu deyib. O, qeyd edib ki, yay fəsli zamanı əsasən Bakıda olacaq:

“Yay tətilini Azərbaycanda, əsasən Bakıda olacam. Bundan başqa fikrim, niyyətim və imkan da yoxdur. Ona görə, istirahətimi Azərbaycanın gözəl, sərin bir güşəsində keçirəcəm”.

Sorğunu davam etmək üçün deputat Elman Nəsirov ilə də əlaqə saxladıq. Lakin millət vəkili hazırda məşğul olduğunu və belə suallara cavab verə bilməyəcəyini söylədi.

Asim Mollazadə də yayda istirahətə vaxtı olmayan millət vəkillərindəndir. Söhbət əsnasında o, iyun ayında növbədənkənar iclaslarda iştirak edəcəyini bildirib.

“İyun ayında fövqaladə iclasların davam edəcəyi barədə qərar verildiyi üçün yay istirahəti üçün heç bir plan qurmamışam. Biz işimizin başında olub, öhdəmizə düşən məsələlərin həll etməyə çalışacağıq”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO