Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir – VİDEO

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir – VİDEO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir – VİDEO

233688

1994-cü ilin yanvar ayının 14-də Füzuli döyüşlərində itkin düşən, İmişli məzarlığında naməlum əsgər kimi dəfn olunan şəhid Tərlan Məmmədovla doğma yurdu Yevlaxda vida mərasimi keçirilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Tərlan Məmmədovun nəşi Yevlax sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

31 il əvvəl itkin düşdü, naməlum əsgər kimi DƏFN OLUNDU - Tərlan Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTO


Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

T.Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.












Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO