Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu işıqforların vaxt planı dəyişdirildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu işıqforların vaxt planı dəyişdirildi – FOTO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu işıqforların vaxt planı dəyişdirildi – FOTO

233682

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. 

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir ki, Bakıda təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün işıqforların vaxt planı dəyişdirilib. 
 

Qeyd olunub ki, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.


DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb.

Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib. 

Bildirilib ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra işıqforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO