Ölkə ərazisində külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Ölkə ərazisində külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

233585

Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Qrız, Qusar, Quba, Altıağac, Gədəbəy, Şamaxı, Tərtər, Xaltan, Qobustan, Şəki (Kişçay), Şahdağda arabir qar, Mingəçevir, Ağstafa, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Balakən, Oğuz, İsmayıllı, Ceyrançöldə isə yağış yağır.


Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 22 m/s, Şamaxıda 17 m/s, Hacıqabulda 16 m/s, Gəncə, Neftçalada 15 m/s, Şirvanda 14 m/s-yə çatıb.

Şəki (Kişçay), Qax (Sarıbaş), Daşkəsən, Göygöl, Qrız, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO