Xəbər verildiyi kimi Biləsuvarda ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Biləsuvarda baş verən yol qəzasında yaralanan şəxslər bunlardır:
Abbasov Sabahəddin, 1973-cü il təvəllüdlü
Əliyev Təbriz, 1982-ci il təvəllüdlü
Ramil Turabov, 1984-cü il təvəllüdlü, Cəlilabad rayon sakini
Quliyev Şücaət Hidayət oğlu, 1968-ci il təvəllüdlü, Cəlilabad rayonunun Təzəkənd kənd sakini
Abbasov Fəzail Qədəş oğlu, 1985-ci il təvəllüdlü, Biləsuvar rayonunun Təzəkənd kənd sakini
İlkin ehtimala görə, Biləsuvar istiqamətində hərəkət edən "Vaz 2115" markalı avtomobil qarşıdan gələn "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəzanın dönmə əməliyyatının pozulması səbəbindən baş verdiyi güman edilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:11 / 06.02.2025
Biləsuvardakı qəzada xəsarət alanlar KİMLƏRDİR? – ADLAR /VİDEO
Hazırda oxunan: Biləsuvardakı qəzada xəsarət alanlar KİMLƏRDİR? – ADLAR /VİDEO
Hazırda oxunan: Biləsuvardakı qəzada xəsarət alanlar KİMLƏRDİR? – ADLAR /VİDEO
233566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.