İsveçrə Gülnarə Kərimovadan müsadirə etdiyi daha 182 milyon dolları Özbəkistana qaytaracaq

İsveçrə Gülnarə Kərimovadan müsadirə etdiyi daha 182 milyon dolları Özbəkistana qaytaracaq

Hazırda oxunan: İsveçrə Gülnarə Kərimovadan müsadirə etdiyi daha 182 milyon dolları Özbəkistana qaytaracaq

233563

Özbəkistan hökuməti və İsveçrə Federal Şurası keçmiş prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən 182 milyon dollara yaxın vəsaitin qaytarılmasını nəzərdə tutan “Müsadirə olunmuş aktivlərin bölüşdürülməsi haqqında saziş” imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Ədliyyə Nazirliyinin Telegram kanalı yayıb.

Sənədi Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin Daşkənddəki səfiri Konstantin Obolenski imzalayıblar.

“Razılaşma çərçivəsində 182 milyon ABŞ dolları Özbəkistana qaytarılacaq. Sözügedən vəsaitlər Özbəkistan Respublikasının ayrı-ayrı vətəndaşları tərəfindən qanunsuz olaraq əldə edilib və 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən Kərimovaya qarşı qaldırılmış cinayət işi çərçivəsində tamamilə müsadirə edilib”, - məlumatda deyilir.

Özbəkistan Ədliyyə Nazirliyindən verilən məlumata görə, vəsait BMT-nin "Uzbekistan Vision 2030" Fondu vasitəsilə qaytarılacaq.

Fond 2022-ci ildə Gülnarə Kərimovanın İsveçrədə cinayət işi zamanı müsadirə olunmuş aktivlərinin qaytarılması üçün yaradılıb. 2024-cü ilin avqustunda Özbəkistan və İsveçrə fond vasitəsilə 131 milyon dolların qaytarılmasına dair saziş imzalayıblar. Yeni sazişin imzalanması ilə Özbəkistan xalqının xeyrinə qaytarılan vəsaitin ümumi həcmi 313 milyon dollara çatacaq.

“Uzbekistan Vision 2030” Fondu vasitəsilə geri qaytarılan vəsait Özbəkistan əhalisinin rifahı üçün, xüsusən də səhiyyə və təhsil sahələrində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə sərf olunacaq.

Xatırlaadq ki, 2015-ci ilin avqustunda Gülnarə Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi onun cəzasını 13 il 4 aya qədər artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO