Qanunsuz narkotik dövriyyəsində ittiham edilən olan ictimai fəal Famil Xəlilovun məhkəmə araşdırması başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Azər Tağıyevin sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, müttəhimə külli miqdarda qanunsuz narkotik dövriyyəsi maddəsi ilə verilmiş ittiham eyni maddənin daha yüngül - satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, daşıma və ya saxlama bəndinə tövsif edilməlidir.
Eyni zamanda ona cəza təyin edilərkən sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Hökmə əsasən, F.Xəlilova 3 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Həmin cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Qeyd edək ki, təqsirlındirilən ictimai fəal sağlamlıq vəziyyəti ilə bağlı ev dustaqlığına buraxılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 06.02.2025
Famil Xəlilova hökm oxundu
Hazırda oxunan: Famil Xəlilova hökm oxundu
Hazırda oxunan: Famil Xəlilova hökm oxundu
233553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.