“Hazırda Qarabağ Universitetində 1100 nəfərdən çox tələbə təhsil alır. Gələn il daha 1500 tələbənin Qarabağ Universitetinə qəbul olması planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
“Növbəti il də tələbələr təhsil haqqından azad olunacaqlar və yataqxana ilə təmin ediləcəklər.
Ən əsas yeniliyimiz Tibb fakültəsinin açılmasıdır. Əlimizdən gələni edirik ki, sentyabr ayından etibarən Qarabağ Universitetinin Tibb fakültəsi və klinikası fəaliyyətə başlasın. 5 il ərzində Qarabaf universitetinin 10-15 min tələbəsi olacaq”, - deyə nazir əlavə edib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media
![Daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu planlaşdırılır – RƏSMİ Daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu planlaşdırılır – RƏSMİ](https://bizim.media/file/articles/2025/02/06/1738841925_5271755224501055108.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 06.02.2025
Daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu planlaşdırılır – RƏSMİ
Hazırda oxunan: Daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu planlaşdırılır – RƏSMİ
Hazırda oxunan: Daha 1500 tələbənin Qarabağ Universitetinə qəbulu planlaşdırılır – RƏSMİ
233530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.