Kamran Yusifov yüksək vəzifəyə TƏYİN OLUNDU

Kamran Yusifov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Kamran Yusifov yüksək vəzifəyə TƏYİN OLUNDU

233509

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin olunub.

K.Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO