“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadından yeni XƏBƏR VAR

“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadından yeni XƏBƏR VAR

Hazırda oxunan: “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadından yeni XƏBƏR VAR

233456

Ali Məhkəmədə "Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il azaldıb.

Qeyd: Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO