Bakıda həbs edilən Yelena Xaxaleva ilə bağlı QƏRAR VERİLDİ

Bakıda həbs edilən Yelena Xaxaleva ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Bakıda həbs edilən Yelena Xaxaleva ilə bağlı QƏRAR VERİLDİ

233386

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva azadlığa çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Yelena Xaxaleva barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda saxlanılan keçmiş hakimlə bağlı YENİ XƏBƏR


Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO