Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün HAZIRLIQLAR BAŞLADI

Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün HAZIRLIQLAR BAŞLADI

Hazırda oxunan: Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün HAZIRLIQLAR BAŞLADI

233383

Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün Tədbirlər Planının hazırlanmasına başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilməlidir.

“Qeyd edilən tapşırıqların icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planının hazırlanmasına başlanıb. Tədbirlər Planına uyğun olaraq görüləcək işlər barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO