Məktəblilərin inkişafını dəstəkləmək üçün müxtəlif imkanlar yaradan innovativ təhsil platforması olan Taskool Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayır.
Bizim.Media xəbər verir ki, tərəflər STEAMLAND innovativ tədqiqat mərkəzi çərçivəsində birgə fəaliyyətlər göstərəcəklər.
STEAMLAND məktəb və onlayn təhsil platformaları üçün STEAM sahələri üzrə praktiki layihələr və proqramlar hazırlayan bir tədqiqat və inkişaf mərkəzdir. Mərkəz universitetlərlə əməkdaşlıq çərçivəsində magistratura və doktorantura tələbələrini sahə üzrə mütəxəssislər qismində layihələrin yaradılması prosesinə cəlb edir.
Mərkəz universitet və məktəblər arasında körpü yaradaraq məktəblilərdə STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) interdisiplinar sahələri üzrə layihə əsaslı öyrənmənin və tədqiqat üçün lazım olan yumşaq və texniki bacarıqların əsasını formalaşdıracaqdır. Bu STEAM layihələr məktəblilərə problem həll etmə və kritiki düşüncə kimi yumşaq bacarıqların yoxlanması vasitəsilə STEAM tədqiqatını aşılayacaq.
Qeyd edək ki, Taskool təhsil sahəsində startap olaraq yaratdığı əsas innovativ təşəbbüslərindən biri məhz dünyada universitetlər üçün yeni, alternativ qəbul prosesidir.
Platformada ali məktəbə təqdim etmək üçün şagirdlərə Akademik Portfel, praktikaya dayanan biliklər əldə etmək üçün STEAM layihələr bankı, istedadlı olanları üzə çıxarmaq üçün Olimpiada və Hakaton mərkəzi, həmçinin qlobal şəbəkələşmələri istiqamətində İcma Qrupları yaradaraq innovativ təhsil fəaliyyətləri həyata keçirdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 05.02.2025
Taskool Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa BAŞLAYIR – FOTO
Hazırda oxunan: Taskool Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa BAŞLAYIR – FOTO
Hazırda oxunan: Taskool Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa BAŞLAYIR – FOTO
233381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.