Mingəçevirdə məktəbdə həyatını itirən şagirdin ölümünün TƏFƏRRÜATI - FOTO

Mingəçevirdə məktəbdə həyatını itirən şagirdin ölümünün TƏFƏRRÜATI - FOTO

Hazırda oxunan: Mingəçevirdə məktəbdə həyatını itirən şagirdin ölümünün TƏFƏRRÜATI - FOTO

233372

Xəbər verildiyi kimi 9-cu sinif şagirdi məktəbdə qəfil dünyasını dəyişib. Hadisə Mingəçevir şəhərində yerləşən İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.

Bizim Media-nın əldə etdiyi məlumata görə, məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlu tənəffüs zamanı dəhlizdə gəzərkən qəflətən yıxılıb. Ətrafda olan şagirdlər müəllimlərinə xəbər ediblər. Hadisə yerinə Təcili tibbi yardım briqadası çağırılsa da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən Bizim.Media-ya verilən məlumata görə, Y. Yusif bir neçə ay öncə ürək əməliyyatı keçirib. Bu səbəbdən o, idman dərslərindən azad olunub.

Qeyd edək ki, yeniyetmə əslən Kəlbəcər rayonunun Susuzluq kənd sakinidir və Mingəçevir şəhərinin Tərəvəzçilik savxozunda yaşayırmış.

O, ailənin yeganə övladı olub.


Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO