Qışın ikinci ayını yola salsaq da, gözümüz hələ də düz əməlli qar görməyib. Adətən yanvar ayında buzlu-qarlı hava şəraiti indi yoxa çıxıb. Quraqlıqla davam edən qış günlərində gün uzanması özünü addım-addım bahara yaxınlaşdırır.
Qubadakı Şimal-Şərq Hidrometerologiya Mərkəzindən əldə etdiyimiz məlumatlar da qışın quraq keçməsindən xəbər verir. Məlumata görə şimal bölgəsinə sonuncu qar yanvarın 20-də yağıb. Həmin vaxt Qubanın Qrız kəndinə düşən 20 sm qar əriyib və kənddə hazırda köhnə qar qalıb.
Xızı rayonunun Altıağac qəsəbəsində isə yanvarın 23-də sulu qar yağması müşahidə olunub. Vəssalam...
Göründüyü kimi şimal bölgəsi rayonlarında artıq 10 gündən çoxdur, yağıntı yoxdur. Quraqlığın, soyuq qış günəşli havanın nə vaxtadək davam edəcəyi məlum deyil.
Havanın yağıntısız keçməsi bölgə fermerlərini də narahat edir. Bu, hava ən çox taxıl sahəsinə ziyan verir.
Qubalı fermer İldirım Məmmədov Bizim.Media-ya deyib ki, quraqlıq taxılçılığa mənfi təsir edir.
Sahələrdə təbiətin yorğanı olan qar örtüyünün olmaması gəmirici və ziyanverici həşəratların çoxalıb taxılı basması ilə nəticələnir. Bu da məhsuldarlığa yığımda öz mənfi təsirini göstərir.
Üstəlik otlaq sahələri də yaxşı cücərmir. Qışın yaz aylarına yaxın sərt olacağı təqdirdə isə heyvanı qış azuqəsi qurtarır, quru ot və yem bahalaşır.
Bununla belə fermerlər, kənd adamları təbiətin insafa gəlib fevral ayında quraqlığı yağıntılı havanın əvəz edəcəyinə ümid edirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 05.02.2025
Ciddi problemə çevrilən QURAQLIQ - Təbiətin “ağ yorğanı” niyə qəhətə çıxıb? – FOTO
Hazırda oxunan: Ciddi problemə çevrilən QURAQLIQ - Təbiətin “ağ yorğanı” niyə qəhətə çıxıb? – FOTO
Hazırda oxunan: Ciddi problemə çevrilən QURAQLIQ - Təbiətin “ağ yorğanı” niyə qəhətə çıxıb? – FOTO
233314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.