Bakıda güclü külək davam edəcək - RƏSMİ AÇIQLAMA

Bakıda güclü külək davam edəcək - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda güclü külək davam edəcək - RƏSMİ AÇIQLAMA

233298

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Nazirliyin mətbuat katibi İradə İbrahimova əhalini verilən hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb:

“Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür".
 

İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmaq olmaz.



Qeyd edək ki, narıncı xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “yüksək risk” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO