Hansı xərçəng növləri irsi OLA BİLƏR?

Hansı xərçəng növləri irsi OLA BİLƏR?

Hazırda oxunan: Hansı xərçəng növləri irsi OLA BİLƏR?

233269

Bəzən eyni ailədə nəsil şəcərəsinə nəzər yetirdikdə, bir neçə nəfərin xərçəng xəstəliyindən əziyyət çəkdiyi müşahidə edilir. Bunun səbəbləri adətən müxtəlif ola bilir, amma əsas səbəblərdən biri irsi faktordur. 

Bəs xərçəngin hansı növləri irsi ola bilər və bununla bağlı nə etməli? 

Bizim.Media xəbər verir ki, gemotest laboratoriyasının aparıcı genetik mütəxəssisi Yelena Korçagina bununla bağlı geniş məqalə hazırlayıb.

Bildirilir ki, insan orqanizmində hər gün 300 milyarddan çox hüceyrə yenilənir. Bölünmə və inkişaf prosesində onların DNT-sində tez-tez parçalanmalar baş verir. Əksər hallarda hüceyrələr öz-özünə bərpa edilir, lakin bu proses uğursuz olarsa, immunitet sistemi tərəfindən məhv edilir.

Ancaq bəzən daxili mexanizmləri və bioloji proqramları pozulmuş belə hüceyrələr sağ qalır. Onlar nəzarətsiz şəkildə bölünməyə başlayır və böyüyən və sağlam toxumanı məhv edən bədxassəli bir şiş yaranır.

Çox vaxt belə pozulmalar sporadik (təsadüfən) baş verir, lakin 5-10% hallarda xərçəng irsi faktordan qaynaqlanır.

Bu o deməkdir ki, insan orqanizmi əvvəlcə xərçəng hüceyrələrinin yaranmasına kömək edən genlərdə mutasiyalar keçirmiş olur.

Həkim deyir ki, gnetik qüsurlar valideynlərdən uşaqlara ötürülür, zahirən bu xüsusiyyət heç bir şəkildə özünü göstərmir, lakin bu cür mutasiyalar əhəmiyyətli dərəcədə - bəzən bir neçə dəfə - xərçəngin inkişaf riskini artırır.

Normalda, sağlam genlər hüceyrə artımına nəzarət etməli və DNT zədəsini təmir etməlidirlər. Lakin müəyyən mutasiyalarla öz funksiyalarını normal yerinə yetirə bilmirlər. Belə mutasiyaların daşıyıcıları süd vəzi xərçəngi, həmçinin mədə, yumurtalıq, mədəaltı vəzi və prostat xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Xərçəngin irsi formalarının inkişafı ilə əlaqəli başqa bir gen KRAS adlanır. Bu gen hüceyrə bölünməsinin tənzimlənməsində də iştirak edir.

Bu genin zədələnməsi mədəaltı vəzi şişlərinin, kolorektal xərçəngin və kiçik hüceyrəli olmayan ağciyər xərçənginin inkişaf ehtimalını artırır.

Bağırsaq xərçəngi də irsi “Linç” sindromunun nəticəsi ola bilər. Bağırsaqlarda xərçəngə tutulma ehtimalını artıran poliplərin əmələ gəlməsi tendensiyası APC geninin də zədələnməsinə səbəb olur.

Bəs irsi xərçəng faktoru hansı yaşda baş verir?

Belə onkoloji xəstəliklər, bir qayda olaraq, kifayət qədər erkən yaşlarda, əsasən, 30-40 yaşlarında yaranır. Şişlər çox vaxt çox sürətlə böyüyür və müalicəyə zəif cavab verirlər. Əgər ailədə gənc və ya orta yaşlı insanlarda onkoloji xəstəlik halları olubsa, həmin ailənin gənc üzvündə onkoloji xəstəliklərə yoluxma halları daha sürətlə baş verir. 

Lakin üzülməyə dəyməz. Çünki sürətlə ikişaf edən dünya səhiyyə sistemi artıq müəyyən analizlərdən istifadə edərək genlərdə bu cür pozulmaları qabaqcadan müəyyən etmək imkanı əldə edir. Genetik tədqiqatlar onkogen mutasiyaları aşkar edə bilir ki, bu da yaranmış fəsadın qarşısını vaxtında almağa kömək edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO