Təbii ANTİDEPRESANT: Min bir dərdin dərmanı olan ədviyyat

Təbii ANTİDEPRESANT: Min bir dərdin dərmanı olan ədviyyat

Hazırda oxunan: Təbii ANTİDEPRESANT: Min bir dərdin dərmanı olan ədviyyat

233251

Adətən kardamom kimi tanıdığımız hil ədviyyatının xoş dadı və ətri olan nəfis ədviyyatlardandır. Onun tərkibi C vitamini, kalsium, maqnezium, kalium, fosforla zəngindir. 

Bizim.Media xəbər verir ki, bu ədviyyat təkcə soyuqdəymənin müalicəsi üçün deyil, həm də pis əhval-ruhiyyə üçün əla vasitədir.
 

MÖVZU İLƏ BAĞLI:

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?


Dietoloq və endokrinoloq Mariya Navitskaya hilin faydalı xüsusiyyətləri barədə danışıb.

Mütəxəssisin fikrincə, kardamonun faydalı xüsusiyyətləri onun tərkibində olan və yerli qıcıqlandırıcı təsir göstərən efir yağı ilə bağlıdır. Bu, payız-qış dövründə çox vacibdir, çünki hildə olan efir yağı qan damarlarını daraltmaq və şişkinliyi aradan qaldırmaq qabiliyyətinə malikdir. 

Bu isə soyuqdəymə zamanı axan burunla mübarizə aparmaq üçün böyük köməkdir.

Bundan əva hil əla antiseptik və antidepresandır. Hil yağının aroması bədənə rahatlaşdırıcı təsir göstərir, stressi aradan qaldırmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Çoxları üçün kardamon qoxusu istilik, rahatlıq gətirir.

Mütəxəssisin fikrincə, hil yağı həm də əla antiseptikdir. Məsələn, o, ağız sağlamlığını qorumağa, bakteriyaların böyüməsinin qarşısını almağa və xoşagəlməz qoxuları azaltmağa kömək edir. 

Adətən Hindistanda diş pastalarına və saqqızlara nanə əvəzinə hil yağı əlavə edirlər. 

Bundan əlavə müntəzəm istifadə nəticəsində hil qan təzyiqini sabit səviyyədə saxlanmasına kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO