Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır - Rəsmi statistika

Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır - Rəsmi statistika

Hazırda oxunan: Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır - Rəsmi statistika

233235

Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu məlumatda göstərilir ki, Azərbaycanda iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik olub.

Bizim.Media yeniavaz.com-a istinadən xəbər verir ki, Komitənin rəsmi açıqlamasında mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu göstərilib.

Qeyd edək ki, Komitə eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Açıqlanan məlumatlara görə, mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüz mal ətinin qiyməti isə 16 manat 30 qəpik olub.

Rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılıb.

Onu da bildirək ki, mal ətinin baha satılmasının səbəbləri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərdən biri də, bu sahədə fəaliyyət göstərən şəxslərin rəsmi statistikaya düşməyən qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO