Rəşad Mahmudov: “Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir”

Rəşad Mahmudov: “Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir”

Hazırda oxunan: Rəşad Mahmudov: “Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir”

233057

“Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib. 

Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub: 
 

"Hazırda saxta və standartlara cavab verməyən tibb müəssisələrinin çoxaldığını müşahidə edirik. Təbii ki, ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələri var. Ancaq yoxlamaların dayandırılmasından sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin addımları ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumlar yaranmasına səbəb olur". 


Deputat bildirib ki, tibb müəssisələrinin yoxlamaların dayandırılmasından sui-istifadə etməsi hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, müəyyən qaydaların qəbuluna və qanunlarda dəyişiklik olunmasına ehtiyac var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO