Azərbaycanda yeni medal TƏSİS EDİLDİ – Bu şəxslərə VERİLƏCƏK – FOTO

Azərbaycanda yeni medal TƏSİS EDİLDİ – Bu şəxslərə VERİLƏCƏK – FOTO

Hazırda oxunan: Azərbaycanda yeni medal TƏSİS EDİLDİ – Bu şəxslərə VERİLƏCƏK – FOTO

233034

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi parlamentin yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO