Bu gün Qusarın Suduroba kəndində Aktauda təyyarə qəzasında həlak olmuş bacı-qardaşın 40 mərasimi keçirilib.
Qusar icra başçısı Sahir Məmmədxanov, hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri qəza qurbanı olmuş 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevlərin məzarını ziyarət ediblər.
MÖVZU İLƏ BAĞLI:
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ? – VİDEO
Məzarları önünə tər güllər düzülüb.
İcra başçısı mərhumların ailələrinə başsağlığı verib və səbr arzulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu