Məktəb avtobusları GÜNDƏMDƏ – Tıxac problemini HƏLL edəcək?

Məktəb avtobusları GÜNDƏMDƏ – Tıxac problemini HƏLL edəcək?

Hazırda oxunan: Məktəb avtobusları GÜNDƏMDƏ – Tıxac problemini HƏLL edəcək?

233004

Bakının həll olunmayan problemlərindən biri də tıxacla bağlıdır. Xüsusilə, səhər və axşam saatlarında müşahidə olunan tıxacın səbəbləri müxtəlifdir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə, bağçaya aparması, tələbələrin universitetə getməsi və eyni anda işləyən insanların işə getməsi tıxaca təsir edən amillərdən biridir. Digər problem iş yerlərinin və təhsil saatının eyni vaxtda başlamasıdır. Ancaq bu halların qarşısının alınması üçün müvafiq işlərin  görülməsi planlaşdırılır.

Belə ki, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu tarixdən dövlət məktəbliləri daşımaq üçün AVTOBUSLAR AYIRACAQ


Bu üsulun həqiqətən effektiv nəticə verib-verməyəcəyi isə maraqlı məqamdır.

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında məktəb avtobuslarının təsis edilməsinin nəqliyyata müsbət təsir edəcəyini vurğulayıb.

“Məktəb avtobusları geniş şəkildə praktikada tətbiq olunur və kifayət qədər şagird sayı çox olan məktəbli avtobusları var. Həmin avtobuslardan faydalanmaq olar”.

Müsahibimiz bildirir ki, nəqliyyat vasitələrinin say tərkibini, istifadə qaydalarını artırmaq lazımdır:

“Bu nöqteyi-nəzərdən şəhərdəki tıxacı aradan qaldırmaq üçün gələcək perspektivlərə hesablanmış bütün addımlar daha doğrudur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO