Xaçmazda kişi bıçaqlanıb, həyat yoldaşı isə maşınla vurulub.
Bizim.Media xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.
41 yaşlı Azər Şərifov qohumu 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.
İddiaya görə, o, daha sonra R.Məmmədovun həyat yoldaşı 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.
Bıçaq xəsarəti alan R.Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb. Həmin insidentdən sonra bıçaq xəsarətləri alan Rahim Məmmədov və maşınla vurulan xanımı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.
Məsələ araşdırılandan sonra hüquqi qiymət veriləcək.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
Bizim.Media
![Xaçmazda kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu – TƏFƏRRÜAT/VİDEO Xaçmazda kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu – TƏFƏRRÜAT/VİDEO](https://bizim.media/file/articles/2025/02/03/1738573345_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 03.02.2025
Xaçmazda kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu – TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Xaçmazda kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu – TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Xaçmazda kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu – TƏFƏRRÜAT/VİDEO
233003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.