Xaçmazda 2 qohumunu xəstəxanalıq edən kişi TUTULDU

Xaçmazda 2 qohumunu xəstəxanalıq edən kişi TUTULDU

Hazırda oxunan: Xaçmazda 2 qohumunu xəstəxanalıq edən kişi TUTULDU

232877

Xaçmazın Qaraçı kəndində kişinin öz qohumunu bıçaqlayıb, onun həyat yoldaşını avtomaşınla vuraması barədə məlumat vermişdik.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional Qrupunun əməkdaşı, polis baş inspektoru Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Azər Şərifov saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında Xaçmazın Qaraçı kəndində baş verib.

Kənd sakini Azər Şərifov həmkəndlisi, 35 yaşlı Rəhim Məmmədovu bıçaqlayıb, onun həyat yoldaşı Sevinc Məmmədovaya avtomaşınla xəsarət yetirib.

Hazırda yaralı ər-arvad rayon mərkəzi xəstəxanasında müalicə olunur.

İki qohum arasında baş verən hadisəni Xaçmaz polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO