Bu gün saat 11.00-da Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində bir müddət əvvəl itkin düşən balıqçılardan birinin meyidi tapılıb.
Bizim.Media xəbər verir ki, onun itkin düşən Nazim Abbasov olduğu məlum olub.
Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.
Sabutay, Bizim.Media, Cənub bürosu