Rusiya universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr gələn ildən etibarən rus dili biliklərini sübut etmək üçün test imtahanı verməli olacaqlar. Müvafiq əmr artıq təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov tərəfindən imzalanıb.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
"Təhsil nazirinin artıq imzaladığı sərəncama əsasən, gələn il aprelin 1-dən Rusiya ali məktəblərinə daxil olan bütün əcnəbilər üçün icbari rus dili imtahanı keçiriləcək", - hökumətin sədr müavini bildirib.
Çernışenko qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin 2030-cu ilə qədər ən azı 500 min əcnəbi vətəndaşın ölkə universitetlərində təhsil alması barədə göstəriş verdiyi üçün bu iş sistemli şəkildə aparılır.
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin məlumatına görə, hazırda ölkənin ali məktəblərində 380 min əcnəbi tələbə təhsil alır.
Qeyd edək ki, keçən ilin məlumatına görə, Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onlardan 1000-i federal büdcə hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:19 / 02.02.2025
Azərbaycanlı tələbələr Rusiya universitetlərinə qəbul üçün rus dilindən imtahan verəcəklər
Hazırda oxunan: Azərbaycanlı tələbələr Rusiya universitetlərinə qəbul üçün rus dilindən imtahan verəcəklər
Hazırda oxunan: Azərbaycanlı tələbələr Rusiya universitetlərinə qəbul üçün rus dilindən imtahan verəcəklər
232843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.