Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:17 / 01.02.2025
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
232756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.