Yanvarın 29-da Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanlar arasında 1999-2000-ci illərdə fiqurlu konkisürmə üzrə Azərbaycan çempionu olmuş Aleksandr Kirsanov da olub.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika mətbuatına onun həyat yoldaşı Nataliya Qudina məlumat verib.
O açıqlamasında "Mən hər şeyimi itirdim. Həyat yoldaşımı, tələbələrimi, dostlarımı... - deyə ABC News-a bildirib.
Qeyd edək ki, 46 yaşlı A.Kirsanov Rusiya, Azərbaycan və ABŞ yığmalarını təmsil edib. O, Barbara Henli ilə buz üstə duetdə Azərbaycan çempionu olub.
Xatırladaq ki, "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi həmin ölkənin Quru Qoşunlarının "Black Hawk" helikopteri ilə toqquşub. Göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarədən və 3 nəfər hərbçinin olduğu helikopterdən sağ çıxan olmayıb.
Rəna, Bizim.Media