Zoğal çayı qan şəkərini balanslaşdırmağa və bədənə fayda verməyə kömək edən bir içki olaraq tanınır.
Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu bu çayın faydalarına diqqət çəkir və onun xüsusiyyətlərini vurğulayır.
Zoğal çayı qan şəkərinin tənzimlənməsini artırır, maddələr mübadiləsini sürətləndirir, antioksidantlarla zəngindir və immunitet sistemini gücləndirir. Bununla yanaşı, sidik yolu infeksiyalarına qarşı müsbət təsir göstərir.
Zoğal çayı tərkibindəki antioksidantlar və C vitamini sayəsində hüceyrələrin sağlamlığını qorumağa kömək edir və sərbəst radikalları zərərsizləşdirir.
Aşağı glisemik indeksi ilə xüsusilə diabet xəstələri üçün faydalıdır. Həmçinin, çayın tərkibindəki maddələr mübadiləsini sürətləndirici xüsusiyyətlər arıqlama prosesini dəstəkləyir.
Zoğal çayının hazırlanması olduqca sadədir: bir neçə qurudulmuş zoğal bir stəkan isti su ilə dəmlənir və 5-10 dəqiqə gözlənilir. İstəyə görə bal və ya limon əlavə edilə bilər. Hər gün 1-2 stəkan içmək sağlamlığa faydalıdır, xüsusilə yeməkdən sonra qan şəkərini tarazlayır və həzm sistemini dəstəkləyir.
Bizim.Media