Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağcabədidə PARTLAYIŞ – Çox sayda ölü və yaralı var
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, bu gün Ağcabədidə yaşayış evində əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Həyatını itirənlərdən 3-ü azyaşlıdır. Hadisənin azyaşlı uşağın çöldə oynayarkən tapdığı əl qumbarasını evə gətirməsindən sonra baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media