Xəbər verildiyi kimi “BakuBus”un sürücü ürəktutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Haşım Babayev smüxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Avtobusda 3 sərnişin olub və onlar arasında xəsarət alan olmayıb.
Sürücünün hazırkı vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sürücünün müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
MÖVZU İLƏ BAĞLI:
“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi - Qəza oldu –VİDEO
“30.01.2025-ci il tarixində saat 23:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə qəbul olunub. Qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.
Günay Şahmar, Bizim.Media