Xroniki yorğunluğun səbəbi beyində iltihab OLA BİLƏR

Xroniki yorğunluğun səbəbi beyində iltihab OLA BİLƏR

Hazırda oxunan: Xroniki yorğunluğun səbəbi beyində iltihab OLA BİLƏR

232552

Alimlər beyin iltihabı ilə xroniki yorğunluq arasında gözlənilməz əlaqə tapıblar.

Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, Florida Universiteti və Vaşinqton Universitetindən olan neyrobioloqlar əzələ yorğunluğu ilə neyroiltihab arasında əlaqə aşkar ediblər.
 

Milçəklər və siçanlar üzərində aparılan araşdırma, beyin iltihabının əzələlərin özünə zərər vermədən birbaşa əzələ dözümlülüyünə təsir etdiyini müəyyən edib. Neyroiltihab ümumiyyətlə, uzun “COVID”, “Alzheimer” xəstəliyi və travmatik beyin zədəsi kimi hallarda baş verir.


Araşdırmalar göstərib ki, o, beynin immun sistemini aktivləşdirir və bu, sitokinlərin ifraz olunmasına səbəb olur. Bu kimyəvi maddələr əzələlərə buraxıldıqda mitoxondrilərin fəaliyyətini pozur, enerji istehsalını azaldır və yorğunluğa səbəb olur.

Mütəxəssislər bu mexanizmin müxtəlif xəstəliklər, o cümlədən infeksiyalar və neyrodegenerativ xəstəliklər üçün təkan olacağını bildirirlər.

Bu tədqiqat xroniki yorğunluqdan əziyyət çəkən milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıra biləcək müalicə üsullarının inkişafı üçün perspektivlər açır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO