AYNA-nın səlahiyyətləri ARTIRILDI - Bundan sonra…

AYNA-nın səlahiyyətləri ARTIRILDI - Bundan sonra…

Hazırda oxunan: AYNA-nın səlahiyyətləri ARTIRILDI - Bundan sonra…

232503

Nazirlər Kabinetində “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda və 5 fevral 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri 5 gün ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumat verəcəklər.

Vergi ödəyiçisi AYNA növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verməlidir.

Həmçinin AYNA “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi məlumat verməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO